Prokurorluq uşaqların göbələkdən ölməsini araşdırır

11:05 20.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluq Qaxdakı zəhərlənmə ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Qax rayonunun Tasmaslı kənd sakinləri 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

Onlardan M. Qasımlı və İ. Qasımzadə dünyasını dəyişib.

Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.